Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda “Uşaqların sevinc dünyası” adlı əyləncəli tədbir keçirilib

02.06.2026

İyunun 1-də Salyan Tarix-Diyarşünaslıq Muzeyində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqların sevinc dünyası” adlı əyləncəli tədbir keçirilib.

Tədbirdə məktəblilər və muzeyin fəal ziyarətçiləri iştirak ediblər. Bayram proqramı çərçivəsində uşaqlar üçün intellektual və əyləncəli oyunlar təşkil olunub, onların ifasında mahnılar səsləndirilib, şeirlər təqdim edilib.

Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Rəngarəng proqram iştirakçılara xoş ovqat  bəxş edib.