
02.06.2026
İyunun 1-də Şirvan şəhər Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir” adlı konsert proqramı keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, İdarənin əməkdaşları, Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə və Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov uşaqları bayram münasibətilə təbrik edərək ölkəmizdə uşaqların hərtərəfli inkişafı, təhsili və sosial rifahının təmin olunmasına göstərilən dövlət qayğısından danışıblar. Çıxışlarda gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması və istedadlarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.
Konsert proqramının bədii hissəsində məktəbin müəllim və şagirdləri tərəfindən rəngarəng musiqi nömrələri, milli musiqi ifaları və səhnə çıxışları təqdim olunub.
Sonda konsert proqramında fəallığı və uğurlu çıxışları ilə fərqlənən bir qrup müəllim fəxri fərmanlarla təltif olunub.