Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri xatırlanır

04.04.2024

Şirvan Dövlət Rəsm Qalereyası şəhər 1 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunan "Qələbəyə ilk addım" adlı sərgi təşkil edib. Sərgiyə baxışdan sonra məktəblilər vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim ediblər.

Şirvan Tarix-Diyarşünaslıq Muzeyində Aprel döyüşlərinə və şəhid Rahil Ərəbliyə həsr olunan “Aprel döyüşləri. Qələbənin ilk cığırı” adlı tədbir keçirilib. Tədbirdə əvvəl Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Aprel döyüşlərində ordumuzun qəhrəmanlığı, fədakarlığı və qələbə əzmindən söhbət açıblar. Bildirilib ki, bu tarixi hadisə gələcək nəsillər üçün qəhrəmanlıq örnəyidir. Sonda vətənə və şəhidlərə həsr olunan şeirlər səsləndirilib, videoçarx nümayiş olunub.