Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Rənglərin harmoniyası” təqdim olundu.

17.05.2024

 

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Biləsuvar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə gənc rəssam Lalə Hüseynovanın "Rənglərin harmoniyası" fərdi yaradıcılıq sərgisi açılıb. 

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan sərgidə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Milli Xalça Muzeyinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, həmçinin rəssamlar iştirak edib.

İlk olaraq Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub. 

Çıxış edən natiqlər Rəssamlar İttifaqı və Dünya Rəssamlıq Akademiyasının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Lalə Hüseynovanın rəng dünyasından söhbət açıblar. Bildirilib ki, Lalə Hüseynovanın əsərlərində milli xalça ornamentlər, kosmopolit, şamanizm və digər mövzular qabarıq şəkildə özünü göstərir. 

Çıxış edən gənc rəssam Lalə Hüseynova sərginin təşkil olunmasına görə əməyi keçən hər kəsə təşəkkür edib.

Sonra gənc rəssamın əsərlərinə baxış olub. Fərdi yaradıcılıq sərgisində Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına "Mahirlər" Ailə Xalq Ansamblının ifasında musiqilər səsləndirilib.