Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə
|

Şirvan

Şirvan şəhəri üzrə 11 səhiyyə obyekti (Şəhər Mərkəzi Xəstəxanası, Uşaq Birləşmiş Xəstəxanası, Doğum evi, Onkoloji xəstəxana, Şirvan korpusu, Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyası, Şəhər Diaqnostika Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, Əlillərin Reabilitasiya Mərkəzi, Gigiyena Epidemiologiya Mərkəzi, Hacıqəhrəmanlı və Bayramlı qəsəbə həkim ambulatoriyaları) fəaliyyət göstərir.
Şirvan şəhər Mərkəzi Xəstəxanası 3 xəstəxana, 10 şöbə və 2 poliklinikadan ibarət olmaqla 400 çarpayı ilə şəhər əhalisinə tibbi xidmət göstərir. Ümumilikdə xəstəxanada 1060 tibb işçisi çalışır ki, onlardan 224-ü həkim, 461-i orta tibb işçisi, 375-i isə kiçik tibb işçiləridir. Xəstəxanada 1677 şəkərli diabet, 400 vərəm, 321 onkoloji, 18 talassemiya, 12 hemofiliya və 764 psixatrik xəstəyə ambulator və stasionar xidmət göstərilir.