Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə
|

Salyan

Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə rayonda 36 ambulator-poliklinika müəssisələri, 14 xəstəxana fəaliyyət göstərir. 1370 xəstəxana çarpayılılıq bu tibb ocaqlarında 344 həkim və 917 orta tibb işçisi çalışır. Salyan rayon əhalisinin hər 10 000 nəfərinə 28.0 həkim, 74.7 orta tibb heyəti, 111.7 xəstəxana çarpayıları düşür. Əhaliyə yüksək küyfiyyətli xidmət göstərmək üçün xəstəxanaların maddi texniki bazaları ilbəil gücləndirilir, eyni zamanda tibbi personalın peşəkarlığı artırılır, ötən illə müqayisədə həkimlərin sayı 6.5 faiz , orta tibb işçilərinin sayı 0.5 faiz artmışdır.

Əhalinin sağlamlığının əsas göstəricilərindən biri xəstələnmə hallarından ibarətdir. Belə ki, 2010 cı ildə rayon əhalisi arasında 16 419 xəstələnmə halı qeydə alınıb ki, burada da əsas yeri tənəffüs yollarının (4642-si), qan dövranı sisteminin (2870), əsəb sistemi və hissiyyat orqanlarının (936), yoluxucu və parazitar (895) xəstəliklər tutur.

01 yanvar 2011-ci il vəziyyətinə səhiyyə sahəsində çalışan işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 2 466 401 manat olmaqla, bir işçiyə düşən orta aylıq əmək haqqı 117.6 manat olub.

Mərkəzi rayon Xəstəxanası

İkinci dünya müharibəsi illərində fəaliyyətə başlayan Mərkəzi Xəstəxananın ilk baş həkimi Səməd Manafov (1941-1945) olub. Rayon mərkəzi xəstəxanasının hazırda yerləşdiyi bina isə 1972 ci ildə istifadəyə verilib. 2008 ci ildə preziden İlham Əliyevin tapşırığı ilə əsaslı təmir olunub. Müasir tələblərə cavab verən tibbi avadanlıq və yeni inventarlarla təchiz edilən xəstəxananın açlış mərasimində cənab İlham Əliyevdə iştirak edib. 248 çarpayılılıq 9 şöbədən ( Qəbul şöbəsi, Terapiya şöbəsi -50 çarpayılılıq, Cərrahiyyə şöbəsi - 30 çarpayılılıq, Yolxucu xəstəlıklər şöbəsi - 20 çarpayılılıq, Anestezioloq-Reanimasiya şöbəsi - 18 çarpayılılıq, Kardioloji şöbə - 30 çarpayılılıq, Doğum evi və mamalıq şöbəsi - 50 çarpayılılıq, Oftomaloji şöbə - 15 çarpayılılıq) ibarətdir. Bundan əlavə Fizioterapiya kabineti, Endoskopiya otağı, Funksional diaqnostika otağı, Kliniki-diaqnostika laboratoriyası, Transfizioloji kabinet, Müalicə bədən-tərbiyəsi otağı, Ultrasəs müayinə otağı, Rentgen otağı, SPİD laboratoriyası, Xəstəxana daxili aptek, Cərrahi əməliyyat otağı, Metodik təşkilat otağı və İntensiv terapiya otağı fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 330 həkim, 836 orta tibb işçisi və 686 kiçik işçi çalışır. Kollektivə 2011 ci ilin iyulundan baş həkim Hüseynağa Səlim oğlu Həsənov rəhbərlik edir.

Telefon: (021) 4 42 27

GEM

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayon ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün obyektlər üzərində Azərbaycan Respublika Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun Dövlət sanitar xidmətini, yolxucu xəstəliklərin və qida zəhərlənmələrinin profilaktikasına dair profilaktiki tədbirləi həyata keçirir.

Hazırda GEM-in ərazisi 4905,6 kv . m olmaqla, Mərkəz inzibati və yardımçı binalardan ibarətdir. Bu səhiyyə ocağı II şəhər kateqoriyalı olmaqla 127.000-ə yaxın Salyan rayonu əhalisinə xidmət edir. GEM-in inzibati binası 2 mərtəbəli, 16 iş otağından ibarətdir. Binada 1986-cı ildən bəri əsaslı təmir işləri aparılmadığından və avadanlıqlarla tam təmin olunmadığından işçilər üçün lazımi şərait yaratmaq hələdə mümkün olmayıb. Hazırda Salyan rayon Gigiyena və Epidemiolojiya Mərkəzində 137 nəfər işçi müxtəlif sahələrdə çalışır.

Salyan GEM-in əsas 3 şöbədən ibarətdir

Epidemiologiya şöbəsi
Sanitar şöbə
Dezinfeksiya şöbəsi
Hazırda səhiyyə müəssəsinə İntiqam Abuşov rəhbərlik edir.

Ünvan: Salyan şəhəri, Q.Səmədov 62
tel: (0163) 4-07-27, 4 -55-19, 4-23-73

Birləşmiş Uşaq Xəstəxanası

Birləşmiş Uşaq Xəstəxanası 1968 ci ildə fəaliyyətə başlayıb. 25 çarpayılılıqdır. Burada 175 işçi var. Xəstəxanada 2 şöbə (Pediatriya şöbəsi, Yenidoğulanlar şöbəsi), Klinik-diaqnostik laboratoriya, Rentgen və Fizioterapiya kabinetləri var. Hazırda bərbad vəziyyətdə olan tibb ocağının binası əsaslı təmir edilməlidir. Xəstəxanaya Sabir Kərimov rəhbərlik edir.

Ünvan: Salyan rayon X.R.Ulutürk küçəsi, teefon: (021) 4 23 11

Uşaq Poliklinikası
Salyan şəhərində uşaq əhalisinin sayı 10 min nəfərə çatdığına görə 1973- cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin əmri ilə uşaq Poliklinikası açılıb. 2010-cu ilin martına kimi müstəqil fəaliyyət göstərən poliklinika Uşaq xəstəxanası ilə birləşdirilir və Birləşmiş uşaq xəstəxanasının Poliklinika şöbəsi adlandırılır. Hazırda Poliklinika keçmiş stomatoloji Poliklinikada darısqal, sanitar-gigiyenik tələblərə cavab verməyən binada müvəqqəti yerləşir. Poliklinikada 133 nəfər tibb işçisi çalışır, onlardan 38 nəfəri həkim, 95 nəfəri orta tibb və aşağı tibb işçiləridir. Poliklinika rayon üzrə 18 yaşına çatmayan 39 511 nəfər uşağa xidmət göstərir. Poliklinikada pediatrlarla yanaşı uşaq cərrahı, travmatoloq, kardioloq, allerqoloq, otolarinqoloq, fızioterapevt, stomatoloq fəaliyyət göstərir. Poliklinikanın əsas vəzifəsi uşaqların sağlamlığı keşiyində durmaqla yanaşı yolxucu xəstəliklərin qarşısını almaq üçün qoruyucu profilaktiki peyvəndlərin vaxtında aparılmasını təşkil etməkdir.

Digər səhiyyə müəssisələri

Salyan Dəmir Yolu Xəstəxanası
30 çarpayılıq Xəstəxana 1971-ci ildən fəaliyyət göstərir. Xəstəxanada 58 nəfər işçi çalışır ki, onlardan 5 nəfəri həkim, 29 nəfəri orta tibb işçisidir. "Terapiya" şöbəsindən ibarət tibb müəssisəsinin tibbi personalı dəmiryolçulara və onların ailələrinə, o cümlədən 5100 nəfərə yaxın əhaliyə tibbi xidmət göstərir. İkimərtəbəli binada yerləşən səhiyyə ocağında 13 otaq var. Bina əvvəllər hərbçilərin, sonralar isə 6 saylı Rabitə və İşarəvermə stansiyası işçilərinin yataqxanası kimi istifadə edilib. Hazırda Xəstəxananın baş həkimi Almaz Əhmədovadır.

Ünvan: Salyan şəhəri 20 Yanvar küçəsi

Stomatoloji poliklinika
1978-ci ildən fəaliyyətə başlayan poliklinika, 1998-ci ildən tam təsərrüfat hesabına keçirilib. Stomatoloji poliklinika üç mərtəbəli binada yerləşir. Burada 19 otaq var. Hazırda poliklinikada 48 nəfər çalışır. Onlarında 19 həkim, 20 texnik, 6 orta və 3 kiçik tibb işçisidir. Poliklinika 2 növbəli iş rejimi ilə işləyir. Burada müalicə, cərrahiyyə, rentgen, paradantoz və protezləmə şöbələri fəaliyyət göstərir. Stomatoloji poliklinikanın baş həkimi Ədilə Ələkbərovadır.

Ünvanı: Salyan rayon T.Davudzadə küçəsi

Profdezinfeksiya şöbəsi
1937-ci ildə Gigiyena və Epidemiologiya Stansiyasında yaradılıb. 1991-ci ildən isə ayrılaraq təsərrüfat hesablı müstəqil təşkilat kimi fəaliyyət göstərir.
Köhnə uyğunlaşdırılmış binanın II mərtəbəsində yerləşir, 3 otaqdan ibarətdir. Şöbə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda müqavilə əsasında gəmiricilərə qarşı deratizasiya, mikroblara, mikro-orqanizmlərə qarşı dezinfeksiya, ağcaqanad, milçək, qarışqalara qarşı dezinfeksiya tədbirlərini həyata keçirir. Şöbənin 10 nəfər işçisi (6 dezinfektor, 1 laborant, 1 təlimatçı, 1 mühasib, 1 sürücü və şöbə müdiri) vardır. Profdezinfeksiya şöbəsinin müdiri Solmaz Həsənovadır.

Ünvanı: Salyan şəhəri Ə. Qasımzadə küçəsi 6

Kənd xəstəxanaları

Qaraçala Qəsəbə Xəstəxanası
Qaraçala qəsəbə Xəstəxanası 1983 cü ildə yaradılıb. 15 çarpayılılıqdır, 41 işçisi var. Xəstəxanada Terapiya, Pediatriya, Doğum şöbələri ffəaliyyət göstərir. Hazırda xəstəxanaya Şaiq Qəhrəmanov başçılıq edir.

Ünvan: Salyan rayon Qaraçala qəsəbəsi

Parçaxalac kənd Sahə Xəstəxanası
Parçaxalac kənd Sahə Xəstəxanası 1982 ci ildə yaradılıb. 15 çarpayılılıqdır, 31 işçisi var. Pediatriya, Terapiya, Doğum şöbələri fəaliyyət göstərir. Hazırda səhiyyə müəssisəsinə Fikrət Məlikov rəhbərlik edir.

Ünvan: Salyan rayon Parçaxalac kəndi

Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanas 
Rayonlararası Ağciyər xəstəlıkləri xəstəxanası 1995 ci ildə yaradılıb. 53 işçinin çalışdığı tibb müəssisəsi 50 çarpayıdan ibarətdir. Dispanser, Stasionar, Laboratoriya, Rentgen kabinetlərinin fəaliyyət göstərdiyi xəstəxananın mövcud binası hazırda yararsız vəziyyətdədir. Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasına Xanış Abasov rəhbərlik edir.

Rayonlararası Ruhi-Əsəb xəstəxanası
150 çarpayılılıq Ruhi-Əsəb xəstəxanası 1963 cü ildə yaradılıb. Hazırda xəstəxanaya Əliyeva Ruhəngiz rəhbərlik edir.

Ünvan: Salyan rayon Şorsulu kəndi.

Kənd həkim məntəqələri

Salyan rayonunda 24 kənd həkim məntəqəsi fəaliyyət göstərir.

Sarvan Kənd həkim məntəqəsi rayon mərkəzindən 35 km aralıda yerləşir. 32 işçisi var, Əhalisi 4909 nəfərdir. Tibb ocağının təmirə və yeni avadanlıqlara ehtiyacı var.
Marışlı Kənd həkim məntəqəsi. 9 işçisi var. Əhalisi 3297 nəfərdir. Təmirə və avadanlığa ehtiyacı var.
Yenikənd Kənd həkim məntəqəsi, rayon mərkəzindən 20 km aralıda yerləşir. 20nəfər işçisi var. Əhalisi 2325 nəfərdir.
Xalac Kənd həkim məntəqəsi. 43 işçisi var. Əhalisi 3103 nəfərdir.
Qızılağac kənd həkim məntəqəsi. 10 işçisi var. Əhalisi 3714 nəfərdir. Təmirə və yeni avadanlığa ehtiyac var.
Şəkərli Kənd həkim məntəqəsi. 7 işçisi var. Əhalisi 2355 nəfərdir. Təmir və yeni avadanlıqlara ehtiyac var.
Kürqaraqaşlı Kənd həkim məntəqəsi. 7 işçisi var. Əhalisi 2355 nəfərdir. Təmirə və avadanlığa ehtiyac var.
Çuxanlı Kənd həkim məntəqəsi. 8 işçisi var. Əhalisi 2863 nəfərdir.
I Varlı Kənd həkim məntəqəsi. 7 nəfər işçisi var. Əhalisi 3152 nəfərdir. Rayon mərkəzindən 40 km aralıda yerləşir.
Aşağı Noxudlu Kənd həkim məntəqəsi. 8 nəfər tibb işçisi var. Əhalisi 2546 nəfərdir. Rayon mərkəzindən 10 km aralıda yerləşir.
Kərimbəyli Kənd həkim məntəqəsi. 7 nəfər tibb işçisi var. Əhalisi 2628 nəfərdir.
Şorsulu Kənd həkim məntəqəsi. 13 nəfər işçisi var. Rayondan 38 km aralıqda yerləşir. Əhalisi 3262 nəfərdir.
Abadkənd Kənd həkim məntəqəsi. 11 nəfər tibb işçisi var. Əhalisi 2952 nəfərdir.
Həsənli Kənd həkim məntəqəsi. 7 nəfər tibb işçisi var. Əhalisi 3267 nəfərdir.
Yolüstü Kənd həkim məntəqəsi. 7 nəfər tibb işçisi var. Əhalisi 3642 nəfərdir.
Xıdırlı Kənd həkim məntəqəsi. 12 nəfər tibb işçisi var. Rayon mərkəzindən 42 km aralıda yerləşir. Əhalisi 3172 nəfərdir.
Gomuşlu Kənd həkim məntəqəsi. 8 nəfər işçisi var. Əhalisi 3216 nəfərdir.
Pambıq Kənd həkim məntəqəsi. 9 nəfər tibb işçisi var. Əhalisi 3657 nəfərdir.
Qarabağlı Kənd həkim məntəqəsi. 15 nəfər tibb işçisi var. Rayon mərkəzindən 32 km aralıda yerləşir. Əhalisi 5236 nəfərdir.
Kürkənd Kənd həkim məntəqəsi. 5 nəfər tibb işçisi var. Əhalisi 1569 nəfərdir.
Boranıkənd kənd həkim məntəqəsi. 8 nəfər tibb işçisi var. Əhalisi 2267 nəfərdir.
Babazanlı Qəsəbə həkim məntəqəsi. 14 nəfər tibb işçisi var. Əhalisi 2500 nəfərdir.
Kürsəngi Kənd həkim məntəqəsi. 11 nəfər tibb işçisi var. Əhalisi 3960 nəfərdir.
Arbatan Kənd həkim məntəqəsi. 20 nəfər işçisi var. Əhalisi 5905 nəfərdir.

Kənd Tibb Məntəqələri

Salyan kəndlərində hazırda əhaliyə 21 kənd tibb məntəqəsi xidmət göstərir. Bu məntəqələrin hər birində xəstələrə lazımı tibbi yardımlar olunması üçün şərait yaradılıb. Bunlardan bəzilərinin binaları yeniləşdirilsə də böyük bir qismində təmir işlərinin aparılmasına ehtiyac var. Maddi texniki bazanın günün tələbləri səviyyəsinə uyğunlaşdırılması da vacib məsələlərdəndir.

Xurşud Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 836 nəfərdir.
Seyidsadıqlı Kənd tibb məntəqəsi. 2 nəfər tibb işçisi var. Əhalisi 1231 nəfərdir.
Qırxıçraq Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 272 nəfərdir.
Xocalı Kənd tibb məntəqəsi. 1 nəfər işçisi var. Əhalisi 399 nəfərdir.
II Varlı Kənd tibb məntəqəsi. 1 nəfərdir tibb işçisi var. Əhalisi 909 nəfərdir.
Düzənlik Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 866 nəfərdir.
Kolanı Kənd tibb məntəqəsi. 2 nəfər tibb işçisi var. Əhalisi 1040 nəfərdir.
Yeniuluxanlı Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 1053 nəfərdir.
Çadırlı Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalis 1493 nəfərdir.
Arxarası Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var.
Pratmangəncəli Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 1073 nəfərdir.
Seydan Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 826 nəfərdir.
Yuxarı Noxudlu Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 974 nəfərdir.
Ərəbqardaşbəyli Kənd tibb məntəqəsi. 5 nəfər tibb işçisi var. Əhalisi 980 nəfərdir.
Beştalı kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 448 nəfərdir.
Quyuçu Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 674 nəfərdir.
Bəydili Kənd tibb məntəqəsi. 1 nəfər tibb işçisi var. Əhalisi 448 nəfərdir.
Dayı Kənd tibb məntəqəsi. 4 nəfər tibb işçisi var. Əhalisi 1359 nəfərdir.
Təzəkənd Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 1857 nəfərdir.
Qardili Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 1321 nəfərdir.
Peyk Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 1110

Salyandakı tibb müəssisələrinin telefonları

1 Mərkəzi rayon Xəstəxanası 021 4 47 27
2 Salyan rayon Gigiyena Epidemiologiya Mərkəzi 021 4 07 27
3 Birləşmiş uşaq xəstəxanası 021 4 23 11
4 Doğum evi və mamalıq şöbəsi 021 4 46 21
5 Sarvan kənd həkim məntəqəsi 021 62 2 87
6 Yenikənd kənd həkim məntəqəsi 021 69 3 21
7 Parçaxalac kənd sahə xəstəxanası 021 68 3 41
8 Uşaq poliklinikası 021 4 29 45
9 Təcili tibbi yardım stansiyası 021 4 06 85
10 Babazanlı həkim məntəqəsi 021 4 01 43
11 Marışlı kənd həkim məntəqəsi 021 67 2 41
12 Kürkənd kənd həkim məntəqəsi 021 4 49 00
13 Çuxanlı kənd həkim məntəqəsi 021 72 3 17
Salyan səhiyyəsinin inciləri

Əlibəy Hüseynzadə (1864-1940)
Görkəmli mütəfəkkir həm də həkim-dermatoloq olub. Onun "Siflis", "Vəba" və mikrobu" adlı əsərləri bu gündə üz dəyərini saxlayır. Türkiyəyə köçən Əlibəy 1910cı ildən İstanbul Universitetində professor vəzifəsində çalışıb.

Aslan Tahirov (1898-1972)
Tibb İnstitutunun Cərrahiyyə şöbəsini bitirib. 1955 ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1957 ci ildən Tibb İnstitutunda professor vəzifəsində çalışıb. "Əməkdar həkim", "Əməkdar elm xadimi" adına layiq görülüb.

Həzrət Səfərov (1896- 1966)
1929 -cı ildə ADTİ-nu bitirib. 1936 cı ilə qədər biokimya kafedrasında assisent vəzifəsində çalışıb. 1941 ci ildən Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik edib. 1960 cı ildə ona əməkdar elm xadimi adı verilib.

Zeynalabdin Hüseynov (1900-1969)
Paris dövlət Universitetini Tibb fakültəsini Uşaq bölməsinin məzunu olub. 1935 ci ildə N.Nərimanov adına Tibb İnstitutuna dosent vəzifəsinə irəli çəkilib. 1954 cu ildə Respublika Uşaq cəmiyyəti idarə heyyətinin sədri seçilib.

İmamverdi Axundov (1916-1971)
Moskva Dövlət Tibb Universitetini 1940 cı ildə bitirib. 1947 ci ilə kimi Qarabağlı kənd xəstəxanasında baş həkim işləyib. 1950 ci ildə urologiya üzrə namizədlik dissertasiyası müdafiə edib.

Qədəmşah Sadıqov (1921-1966)
1941 ci ildə ADTİ bitirib. 1947 ci ildən Bakı Dövlət Universitetinin hərbi kafedrasına rəhbərlik edib. İki elmin bilicisi, fəlsəfə və tibb elmləri namizədi elmi dərəcələrinə layiq görülüb.

Nazim Mollazadə (1924- 2006)
ADTİ-ni məzunu olub. 1941 ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. 1969 cu ildə professor elmi adı alıb. Yüzdən artıq elmi əsərin və monoqrafiyanın müəllifdir. İki dəfə (1960 və 1987) Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Fikrət Zərgərli (1929 - 1984)
Moskva Tibb İnstitutunu (1949-1953) bitirib. 1976 cı ildən Klinik və Eksperemental Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun Ürək-Cərrahiyyə şöbəsinə rəhbərlik edib. Fikrət Zərgərli Ürək cərrahiyyəsinin banilərindən biridir. O, yüzlərlə elmi əsər, məqalə və məruzələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexslovakiya, Fransa və s. ölkələrdə "Ürəyin blokadasına" aid mövzularla simpoziumlarda çıxış edib.

İdris Seyidov (1930)
1953 cü ildə Tibb İnstitutunu bitirib. İxtisasca Epidemioloq və gigenistdir. 1989 cı ildən professor elmi adına layiq görülən İdris həkim 100-dən artıq elmi əsərin və monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 10 nəfər doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Görkəmli alim Respublika Elmi "Ekologiya" assosiasiyasının prezidentidir.

Əvəzağa Məlikov (1932)
1965 cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirib. 1971 ci ildən, rayon Mərkəzi Xəstəxanasına 18 il rəhbərlik edib. 1982 ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülüb. "Sərbəst düşüncələr işığında" adlı memuar kitabın müəllifidir.

Aydın Məmmədov (1932)
1955 ci ildə ADTİ-nun müalicə-profilaktika fakültəsini bitirib. 1965 ci ildə Tibb elmləri alimlik dərəcəsi alıb. 1974 cü ildən ADTİ-nun cərrahiyyə kafedrasında dosent kimi çalışır. 2 monoqrafiya, 100 elmi işin, 2 ixtiranın və 8 səmərələşdirici təklifin müəllifidir.

Əkrəm Hacıyev (1938)
1960 cı ildə ADTİ-nun Stomatologiya fakültəsini bitirib. 1965 ci ildən Tibb İnstitutunun Stomatologiya kafedrasında assent, 1967 ci ildən dosent vəzifəsində çalışıb. 1973-1978 ci illərdə həmən kafedranın dekanı olub. 1978 ci ildə "SSRİ Səhiyyə ələçısı" nişanı ilə təltif edilib. 25 elmi əsərin, 2 tədris metodik vəsaitin, kəşf və səmərələşdirici təkliflərin müəllifidir.

Əvəzağa Həsənov (1942)
1966 cı ildəADTİ-nun müalicə-profilaktika fakültəsini bitirib. 34 ildən çoxdur Salyan MRX-nın Tramvatalogiya şöbəsində çalışır. "Ali dərəcəli həkim" fəxri adına layiq görülüb, "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif olunub.

Məmmədhüseyn Qarayev (1946)
1968 ci ildə ADTİ-nu bitirib. Salyan Tibb məktəbinin direktoru işləyib. 1981 ci ildə Tibb İnstitutunun assisenti, 1992 ci ildən isə dosenti vəzifəsində çalışıb. Respublika Klinik Urologiya Xəstəxanasının Radionuklit diaqnostika- laborotoriyasının elmi rəhbəridir. O, Respublika Radiommunoloci müayinə metodlarının təməlini qoyanlardan biridir. 30-dan çox elmi məqalənin 14 səmələşdirici təklifin müəllifidir.

Rahim Hüseynov (1947)
Azərbaycan Dövlət Tibb İnstitutunda, həkim-cərrah ixtisası üzrə təhsil alıb. 1979-1981 ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin ilk partiya təşkilatının katibi seçilib. 1991-1993 cü illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini və nazir vəzifəsində çalışıb. Professor Rahim Hüseynov 1984 cü ildə namizədlik, 1994 cü ildə doktorluq dissertasiyası müdafiə edib. 1997 ci ildən Beynəlxalq İnformasiya Akademiyasının akademiki elmi dərəcəsin alıb.

Sabir Səfərov (1947)
1976 cı ildə ADTİ-nin pediatriya fakültəsini bitirib. 1990 cı ildə dosent adına layiq görülüb. 40-dan artıq elmi əsrin, 2 səmərələşdirici təklifin, bir neçə metodik tövsiyyə və dərs vəsaitlərinin müəllifidir. Respublikanın səhiyyə əlaçısıdır.

İbrahim Cəfərov (1949)
1972 ci ildə ADTİ-nun müalicə-profilaktika fakültəsini bitirib. 1976 cı ildən Salyan rayon Mərkəzi Xəstəxanasında cərrah kimi işləməyə başlayan İbrahim həkim uğurlu əməliyyatları sayəsində qısa müddətdə Cənub bölgəsində "qızıl əlli" cərrah kimi tanınır. O, 1999-2011 illərdə Salyan MRX-a rəhbərlik edib. Ali dərəcəli cərrah həkim, həkim peşəsinin kamil ustası olmaq məqsədilə dəfələrlə keçmiş SSRİ-nın ən səviyyəli Elmi-Tədqiqat İnstitutlarında ixtisas artırma kurslarından keçib, bir neçə xarici ölkələrdə elmi simpozium və konfranslarda iştirak edib.

İsgəndər Bağırov (1949)
1972 ci ildə ADTİ-nu bitirib. 1981-1983 cü illərdə Moskva Hematologiya və Qanköçürmə İnstitutunun Hematologiya klinikasında namizədlik dissertasiyasını müdafiə edib. 1993 cü ildən Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışır. 1989 cu ildə "Respublikanın Əməkdar" həkimi fəxri adına layiq görülüb. 54 elmi məqalənin, 3 elmi ixtiranın və çoxlu sayda səmərələşdirici təkliflərin müəllifidir.

Nazim Hüseynov (1952)
1980 cı ildə ADTİ-nin müalicə-profilaktika fakültəsini bitirib. 1993 cü ildə "Kəskin neyrosensor ağıreşitmənin müalicə profilaktika yolları" mövzusunda dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru alimlik dərəcəsi alıb. 38 elmi məqalənin, 2 elmi ixtiranın müəllifidir. Hazırda Əziz Əliyev adına ADHTİ-nin "Qulaq burun-boğaz" xəstəlikləri kafedrasının müdiridir.

Musa Qəniyev (1954)
1977 ci ildə ADTİ-nun farmakalogiya fakültəsini bitirib. 1985 ci ildə farmakologiya üzrə namizədlik dissertasiyasını müdafiə edib, daha sonra kafedraya assisent vəzifəsinə təyin olunub. 1992 ci ildən həmən kafedranın müdiri vəzifəsində çalışır. 150-yə qədər elmi məqalənin, 8 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 5 dərsliyin və 2 ixtiranın müəllifidir.

İlham Zərgərli (1955)
1978 ci ildə ADTİ-nun oftalmologiya fakültəsini bitirib. 1989 cu idə namizədlik dissertasiyasını müdafiə edib, alimlik dərəcəsi alıb. 12 elmi əsərin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Hazırda Bakıda "Mikrocərrahiyyə" şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

Elman Ələkbərov (1956)
1979 cu ildən ADTİ-nun müalicə-profilaktika fakültəsini bitirib. 1989 cu ildə namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 70 elmi işin, 3 ixtiranın, 2 metodik dərsliyin və 64 məqalənin müəllifidir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda miokard infarktı şöbəsinə rəhbərlik edir.

Arif Quliyev (1956)
1979 cı ildə ADTİ-nin bitirib. 1989 cu ildə elmlər namizədi alimlik dərəcəsi alıb. 1991 ci ildən Əziz Əliyev adına HTİ-nun Daxili xəstəliklər kafedrasının assisent vəzifəsində çalışıb. 7 elmi məqalənin müəllifidir. 1991 ci ildən indiyədək Almaniyanın Ştutqart şəhərində öz tibbi fəaliyyətini davam etdirir.

 

2012-ci ildə rayonda 1727 uşaq doğulmuş, 1 yaşa qədər 3 uşaq ölümü olmuş, 4398 xəstə stasionar müalicə almış, 497152 ambulator gəliş olmuşdur. Yaşa qədər uşaq ölümü respublika üzrə orta göstəricidən aşagı olmuşdur.
2012-ci -ci ildə 1596 uşağa BSJ, 1699 uşağa hepatit "B", 1543 uşağa AGDT, 8261 uşağa OPB, 3347 uşağa QPM, 1640 uşağa ADT, 4989 uşaga GDTHİB peyvəndi, 16318 şagirdə "Mantu" sınagı aparılmışdır.
Rayonlararası Şorsulu Psixiatriya xəstəxanası üçün 100 çarpayılıq yeni korpusun tikintisində son tamamlama işləri aparılmış, rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası üçün çarpayılıq yeni binanın tikintisinə başlanılmışdır.
29 həkim və 56 orta tibb işçisi təkmilləşdirmə kurslarında olmuş, 51 həkim Respublika Səhiyyə Nazirliyinin keçirdiyi sertifikasiya imtahanlarında iştirak etmiş və müvəffəq nəticələr əldə etmişdir.
18 aşına qədər şəkər xəstəsi olan uşaqlar üçün Mərkəzi Rayon Xəstəxanasında Azərbaycan Diabet Liqası tərəfindən 3 günlük təlim- tədbir dərsləri keçirilmişdir. Tədbirdə Şirvan şəhər, Neftçala, Biləsuvar, Salyan və Cəlilabad rayonlarından olan uşaqlar iştirak etmişlər.
Qanazlığından əziyyət çəkən xəstələrə yardım məqsədilə Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası təşkil edilmişdir.
2013-cü ildə rayonlararası Şorsulu Psixiatriya Xəstəxanası üçün 100 çarpayılıq yeni korpus tikilib istifadəyə verilmiş, Mərkəzi Rayon Xəstəxanasına 10 ədəd hemodializ aparatı verilmiş və hemodializ şöbəsi açılmışdır. Rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası üçün 50 çarpayılıq yeni binanın tikintisi davam etdirilmişdir.
Rayonda 1860 uşaq doğulmuş, 1 yaşa qədər 5 uşaq ölümü, 137493 ambulator gəliş olmuş, 6460 xəstə stasionar müalicə almışdır.
1847 uşağa BSJ, 1882 uşağa hepatit "B", 4281 uşağa AGDT, 4320 uşağa OPB, 1927 uşağa QPM, 1605 uşağa ADT vitamin "A", 4281 uşaga HİB peyvəndi, 16318 şagirdə "Mantu" sınagı aparılmışdır.
47 həkim, 93 orta tibb işçisi təkmilləşdirmə kurslarinda olmuş, 100 həkim Respublika Səhiyyə Nazirliyinin təşkil etdiyi sertifikasiya imtahanlarından keçmişdir.

 

2013-cü ildə rayonda 7 xəstəxana, 24 həkim, 21 tibb məntəqəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi əhaliyə səhiyyə xidməti göstərmişdir. İl ərzində 1860 uşaq doğulmuş, səhiyyə müəssisələrinə 6460 stasionar, 137493 ambulator müraciət olmuş, 1223 cərrahi əməliyyat aparılmış, 1 yaşa qədər 5 uşaq ölümü qeydə alınmış, ana ölümü pımamışdır. Uşaq ölümü üzrə göstərici respublika üzrə göstəricidən aşağıdır.

Hesabat ilində rayonlararası Şorsulu Psixatriya xəstəxanası üçün 100 çarpayılıq korpus tikilib istifadəyə verilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Mərkəzi Xəstəxanaya 10 ədəd dializ aparatı verilmiş və dializ şöbəsi açılmış, yeni flüoqrafik rentgen aparatı, 159.152 manatlıq yumşaq, 171.225 manatlıq bərk inventar, 162.340 manatlıq tibbi avadanlıq alınmış, 115.540 manatlıq əsaslı, 44845 manatlıq cari təmir işləri aparılmışdır. Hazırda rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanası üçün 50 çarpayılıq yeni binanın tikintisi davam etdirilir.
Görkəmli oftalmoloq akademik Zərifə vanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə Mərkəzi Xəstəxananın Göz xəstəlikləri şöbəsi tərəfindən şəhərin ümumtəhsil məktəblərində və Peşə Liseyində səyyari, Mərkəzi Xəstəxanada isə stasionar tibbi xidmət təşkil edilmişdir.
Qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədilə Mərkəzi Xəstəxanada qanvermə aksiyası keçirilmiş, 117 nəfər qan vermişdir.
Görülmüş işlərlə yanaşı səhiyyə sahəsində müəyyən problemlər də vardır. Rayonda 59 həkimə və 53 orta tibb işçisinə ehtiyac vardır. Bəşirbəyli, Gəncəli, Pratman kəndlərində tibb müəssisəsi, 7 kənddə və Qırxçıraq qəsəbəsində səhiyyə müəssisələrinin müstəqil binası yoxdur. Birləşmiş Uşaq Xəstəxanasinin, Parça Xələc kənd xəstəxanasının, mamalıq-ginekologiya, yoluxucu xəstəliklər şöbəsinin, əksər kənd həkim və tibb məntəqələrinin əsaslı təmirə, istilik sisteminə, Mərkəzi xəstəxananın 10 kilovoltluq elektrik xəttinin bərpasına ehtiyac vardır.
İnfeksion xəsxəliklərə qarşı profilaktiki tədbirlərin görülməsinə baxmayaraq, 2013-cü ildə rayonda 1 Hepatit A, 3 Hepatit C, 4 bruselyoz, 1 məxmərək, 1 parotit xəstəsi qeydə alınmışdır.
Hesabat ilində idarə olunan infeksiyalara qarşı 1882 uşağa hepatit B, 1847 uşağa BSJ, 4281 uşaga AGDT, 4320 uşağa OPB, 1927 uşağa QPM, 1605 uşağa ADT, 4281 uşaga GDT HİB Hep B peyvəndi, 16318 şagirdə mantu sınağı aparılmışdır.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 380000 m2 sahədə dezinfeksiya, 260000 m2 sahədə dezinseksiya və 1200 m2 sahədə delarivasiya işləri aparılmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" çıxarış əsasında 364 qida sənayesi obyektindən 209-da, 216 ərzaq ticarəti obyektindən 187-də sanitar- gigiyenik müayinələr aparılmışdır. Aparılmış müayinələr zamanı sanitar- gigiyenik qaydaları pozduqlarına görə 2 yeməkxana, 1 qəlyanaltı, 3 mağaza, 1 pendir sexi, 3 ərzaq ticarət obyekti sahibi inzibati qaydada cərimə olunmuşdur.
Şəhərin avtovağzal ərazisində, sənaye bazarında, "Muğan nemətləri" şirkətində sanitar-gigiyenik normalara əməl olunmadan ət və ət məhsulları, balıq satışı aparılır.