Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri:
Əmiraslanov Elnur Mehman oğlu
Rayon Mədəniyyət şöbəsi 1990-cı ildən fəaliyyətə başlamış, 2006-cı ildən rayon Mədəniyyət və Turizm şöbəsi kimi fəaliyyət göstərir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeçiliyində 20 klub müəssisəsi o cümlədən: 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası: o cümlədən 1 rayon Kitabxanası, 6 şəhər və 20 kənd kitabxana filialı, bir 7 illik şəhər Uşaq Musiqi məktəbi, bir Tarix-Diyarşünaslıq Muzeyi, bir Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. Müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə ümumi orta təhsillidir.
Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi:
Məktəbin direktoru Məmmədov Rahib Seyfulla oğlu
Məktəb 1990-cı ildən fəaliyyətə başlamışdır. Məktəb 17 sinif otağı, 1 direktor 1 dərs hissə müdiri 50 nəfər müəllimdən ibarətdir. Hazırda Musiqi məktəbində şagirdlərə 7 ixtisas üzrə 48 müəllim ibtidai musiqi təhsili verir. Onlarla məktəbin məzunları Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən orta ixtisas musiqi texnikumlarını bitirərək təhsil aldığı məktəbdə müəllim kimi fəaliyyət göstərirlər. Məktəbin şagirdləri Respublika baxış müsabiqələrində daima iştirak etmiş və bir neçə müsabiqələrin qalibi olmuşdur. Məktəb uyğunlaşdırılmış binada yerləşir. Yeni məktəbin tikintisinə böyük ehtiyac vardır.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 27 avqust 1990-cı ildə Hacıqabul rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 05 saylı qərarı ilə yaradılmışdır. Hacıqabul rayon Mərkəzi kitabxanasının əsası 1939-cu ildə qoyulmuşdur. 01 noyabr 2012-ci il tarixinə olan məlumata əsasən Hacıqabul rayonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan 1-i rayon Mərkəzi kitabxanası, 6-sı şəhər və qəsəbə kitabxanası, 20-si isə kənd kitabxana filialıdır. Rayon Mərkəzi Kitabxanasının aşağıdakı şöbələri vardır:
Oxuculara xidmət şöbəsi
Oxuculara xidmət şöbəsinin işi oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmətdən ibarətdir. 01 noyabr 2012-ci il tarixinə olan məlumata görə oxuculara xidmət şöbəsinin kitab fondu 14867 nüsxədən ibarət olmuşdur. Bundan 7458 ədədi latın qrafikalı ədəbiyyatdır. 01 noyabr 2012-ci il tarixinə Oxuculara xidmət şöbəsinin kitab fondundan 1739 nəfər oxucu istifadə etmişdir. Oxuculara xidmət şöbəsində açıq rəf üsulundan istifadə edilir. Oxucular fonda daxil olaraq sərbəst şəkildə ədəbiyyatla tanış ola bilərlər. Oxucu kütləsinin çoxunu gənclər təşkil edir, bunlar əsasən məktəblilər və tələbələrdir. Sorğu Oxuculara xidmət şöbəsində olmadıqda digər kitabxanalarla əlaqə saxlanılaraq mübadilə formasından istifadə edilir.
Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resursların, bazalarının yaradılması, Elektron kataloqun "Kataloqlaşdırma", "Komplektləşdirmə", "Oxucu", "Kitab verilişi" modullarının işini təşkil etmək, habelə "Administrator" modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir. MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir. Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir.
İnformasiya-resurs şöbəsi
Şəhər (rayon) Mərkəzi Kitabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb-saytının idarə olunması (veb - saytın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi, domen və hostinqin fəaliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini "Kataloqlaşdırma" modulu vasitəsi ilə həyata keçirir. "Kataloqlaşdırma " modulunun bazasından istifadə edərək elektron resursların bazalarının yaradılmasını həyata keçirir. Uşaq şöbəsi - kitabxanada uşaqlara xidmət işinin təşkili prosesinə rəhbərlik edir, şöbədə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemindən istifadə edərək Elektron kataloqun "Oxucu" və Kitab verilişi" modullarının işlənməsini təmin edir.
Metodika və Biblioqrafiya şöbəsi
İllik iş planı tərtib edilir. Plana əsasən şəhər, qəsəbə kənd kitabxana-filiallarına gedişlərin qrafiki tərtib edilir. İl ərzində aylıq və rüblük iş planlarının tərtibində kitabxana-filiallara köməklik göstərir. Hər il üzrə seminar məşğələlərinin təxmini mövzularını tərtib edir. İl ərzində MKS üzrə görüləcək işlərlə, əlamətdar günlərlə əlaqədar təqvimlər və metodiki məktublar hazırlayıb kitabxana-filiallara göndərir. Kitabxana-filialların işini təhlil edir. Metodiki tövsiyələrin yerinə yetirilməsinə nəzarət edir. Kitabxana filiallara təcrübi köməklik göstərir. Oxuculara kömək məqsədi ilə soraq-biblioqrafiya aparatını təkmilləşdirir, kitabxana-biblioqrafiya biliklərini təbliğ edir. Yeni daxil olan ədəbiyyatlar haqqında bülletenlər tərtib olunur. Kitab fondunun təbliği ilə əlaqədar olaraq Şifahi, Əyani, Yazılı təbliğat formalarından istifadə olunur.
Kitabişləmə və Komplektləşdirmə şöbəsi
Mərkəzi kitabxanaya yeni daxil olan ədəbiyyatın uçota alınması, kitabxana qaydası ilə işlənməsi və kitabxana-filiallar arasında bölünməsi ilə məşğul olur. Kitabişləmə və Komplektləşdirmə şöbəsinə 2012-ci ildə 311 ədəd kitab daxil olmuşdur.
Ondan:
1. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyə edilmiş -192 nüsxə
2. M.F.Axundov adına Milli kitabxanadan - 47 nüsxə
3. F.B.Köçərli adına Respublika uşaq kitabxanası - 92 nüsxə
4. Oxucular tərəfindən hədiyyə - 20 ədəd təşkil edir.
Rayon Mərkəzi kitabxanasının fəxri oxucuları:
1. Zeynalov Nazim Fətxan oğlu
2. Teymurov Ruslan Oktay oğlu
3. Cəbrayılova Saray Əlisa qızı
4. Zərbaliyeva Səbinə Bəxtiyar qızı
5. Məhərrəmov Xəqani Bəxtiyar oğlu
6. Abdullayev Nəsir Adil oğlu
Mərkəzi Kitabxananın kitab fondu 01 noyabr 2012-ci il tarixinə 14867 nüsxədən ibarətdir. Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 225585 nüsxədən ibarətdir.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Həsənov Daxil Tərlan oğlu. Ali ixtisas təhsillidir.
Tarix-Diyarşünaslıq muzeyi
Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cu ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur.
2003-cü ildə yenidən fəaliyyətə başlamış muzey iki böyük zal və üç köməkçi otaqda fəaliyyət göstərməklə, 4058-ə qədər eksponat 15 kolleksiyada (saxsı, bürünc, alüminium , parça, polad, kağız) toplanıb. Saxsı, mis və digər materiallardan hazırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi, onun görkəmli adamları barədə kifayət qədər məlumat verir.
Muzeyin fəaliyyət göstərdiyi illər ərzində bura minlərlə tamaşaçı gəlmiş, müəssisədə çoxsaylı tədbirlər keçirilmiş, telesujetlər çəkilmiş, muzeyin işi və fondu ilə bağlı xeyli sayda mətbuatda material hazırlanmışdır.
H acıqabul rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: İsayev Məhəmməd Hüseyn oğlu .Ali təhsillidir.
Heydər Əliyev Mərkəzi
Muzeyin açılışı 10.05.2008-ci il tarixində Ümummilli lider Heydər Əliyevin doğum günündə rayon ictimaiyyətinin iştirakı ilə olmuşdur. Təşkilat kimi 2009-cu il fevral ayından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə muzeylər mərkəz adlandırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23.04.2012- ci il tarixli 5 nömrəli Qərarı ilə Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsi təsdiq edilmişdir. Mərkəzin fondu ümumilikdə 7 bölmədə yerləşdirilib. Bunlardan kino zalı, konfrans otağı, foto studiya, xalq yaradıcılıq studiyası, rəsm studiyası, linqafon kabineti, Elektron kitabxana mövcuddur .Mərkəzdə il ərzində nəzərdə tutulmuş tədbirlər keçirildikdə fotoşəkillər çəkilir şəkil albomunda yerləşdirilir. Tədbirləri video çəkilişi aparılır.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru: Zülfəliyeva Aytən Məhəmməd qızı. Ali təhsillidir.