Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi
|

Salyan

Salyan rayonu Azərbaycan Respublikasının paytaxtı Bakıdan Cənubda, Cənub-Şərqi Şirvan və Salyan düzündə, 49 , 4° – 48, 8° Şərq uzunluğunda və 39,5° – 39,9° Şimal enliklərində yerləşir. Mərkəzi Salyan şəhəridir. Rayon Şimaldan Şirvan şəhəri, Hacıqabul rayonu, cənubdan Neftçala rayonu, qərbdən Biləsuvar və Sabirabad rayonları ilə, Şərqdən Bakı şəhərinin Qaradağ rayonu və kiçik sahədə Xəzər dənizi ilə həmsərhəddir. Ərazinin çox hissəsi okean səviyyəsindən – 26-28 metr aşağıda yerləşir. Səthi hamar, Xəzər dənizinə tərəf meyllidir. Rayon ərazisində neogen və antropogen çöküntüləri yayılmışdır. Əsasən düzənlikdir. Bir sıra tirə və təpəliklər (Babazanlı, Xıdırlı, Bəndovan və s.) vardır.
Palçıq vulkanları Kalmas, Xıdırlı, Babazanlı və s . var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir.
Salyan rayonu Əsasən boz-qonur, boz, boz-çəmən, çəmən-bataqlıq, şoran torpaqlar yayılmışdır. Salyan ərazisindən keçən Kür çayı rayonu 2 hissəyə ayırır, şəhəri isə üç tərəfdən əhatə edir. Rayon TRASEKA (Qafqaz) nəqliyyat dəhlizinin keçdiyi ərazidə yerləşməsi onun coğrafi mövqeyini daha da əlverişli edir.

Təbiəti
Günəşli Azərbaycanımızın gözəl guşələrindən olan Salyan bitki örtüyü yarım səhra və səhra tiplidir. Rayonunun flora və faunası kifayət qədər rəngarəngdir. Onların nadir nümunələri Salyanda yerləşən Şirvan milli parkında qorunur. Burada əsasən ceyranların qorunması üçün nəzərdə tutulan bu milli parkda həm də qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə, kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt, qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin, kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq və s. heyvan və quş növləri vardır.
Düzənlik ərazilərində canavar və çaqqala, Kür qırağı ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir.
Kürsəngi və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında isə, müalicəvi əhəmiyyətli İstisu mövcuddur. Kür çayının sahilini Tuqay meşələri bəzəyir. Bala Kür (Aqquşa) çayının sahili səhərlər duman qalxanda çox mənzərəli olur. Dünyanın ən şor bulağı Şır-Şır da Salyandadır.

İqlimi
Yayı çox quraq keçən mülayim – isti, yarımsəhra və quru çöllər iqlimi var. Orta temperatur qışda 2,5, yayda isə 33,5 °C-dir. İllik yağıntı 250–400 mm-dir. İlin ən soyuq günləri yanvarın axırlarında (-1 °C, -5 °C), ən isti günləri isə avqustun axırı və sentyabrın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti günlərinə “qora bişirən “, “ceyranı kölgəyə qaçıran “, “pambıq istisi” və bu kimi başqa adlar qoyulmuşdur.

Yaşayış Məntəqələri

Şəhər – 1

1.Salyan

Qəsəbə – 2

1.Qaraçala

2.Qırx Çıraq

Kənd – 48

1.Arbatan

25.Parça Xələc

2.Aşağı Kürkəndi

26.Seyidan

3.Xurşud

27.Xələc

4.Aşağı Noxudlu

28.Abadkənd

5.Yuxarı Noxudlu

29.Xıdırlı

6.Marışlı

30.Yenikənd

7.Seyidsadıqlı

31.Şəkərli

8.Sarvan

32.Həsənli

9.Dayıkənd

33.Qardili

10.Seyidlər

34.Qarabağlı

11.Bəydili

35.Təzəkənd

12.Qızılağac

36.Gomuşlu

13.Alçalı

37.Kolanı

14.Quyçu

38.Kərimbəyli

15.Şorsulu

39.Çadırlı

16.Boranıkənd

40.Pambıqkənd

17.Kür Qaraqaşlı

41.Bəşirbəyli

18.Beştalı

42.Yeni Uluxanlı

19.Cəngan

43.Yolüstü

20.Ərəbqardaşbəyli

44.Düzənlik

21.Xocalı

45.Peyk

22.Çuxanlı

46.Birinci Varlı

23.Pıratman

47.İkinci Varlı

24.Gəncəli

48.Kürsəngi