Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Şirvan Dövlət Rəsm Qalereyası

       Məlumat üçün bildiririk ki, Şirvan Dövlət Rəsm Qalereyası Nazirlər Kabinetinin qərarı ilə 1990-cı ildə yaradılmışdır.2017-ci ildə Qalereya  M. Rəsulzadə  prospekti 12 ünvanında yerləşən binanın 1-ci mərtəbəsinə köçürülmüş  və əsaslı təmir olunmuşdur. Qalereya yarandığı gündən şəhər əhalisinin estetik zövqünün zənginləşməsi və mədəni istirahətinin təminatına xidmət edir.

       Qalereya təsviri incəsənət əsərlərinin təbliği  və bacarıqlı  uşaq, yeniyetmə və gənclərin istedadının üzə çıxarılması ilə məşğul olur. Bu məqsədlə qalereyada və ondan kənarda vaxtaşırı olaraq sərgilər təşkil edilir, təsviri incəsənətə dair mühazirələr oxunur, ustad dərsləri keçirilir.Əlamətdar tarixi hadisələr , bayram günləri , Azərbaycan tanınmış incəsənət xadimlərinin yubileyləri münasibətilə qalereyada təşkil olunan sərgilərdə  şəhərin müxtəlif idarə  və müəssisələrinin əməkdaşları ilə yanaşı , sənətsevərlər və şəhər sakinləri də yaxından iştirak edir.Ustad dərslərində şagirdlər akademik rəsm işləmə bacarıqlarına yiyələnirlər.

       Qalereyada həvəskarların daha yaxşı rəsm vərdişlərinə yiyələnməsi üçün rəsm dərnəyi  fəaliyyət göstərir. Rəsm dərnəyin üzvləri şəhərimizdə və ümumrespublikada keçirilən sərgi və müsabiqələrdə  geniş tərkibdə iştirak edir ,müxtəlif  nəaliyyətlər əldə edir, diplom və hədiyyələr qazanırlar.

       Qalereyanın əsas fondunda 60  ədəd tanınmış Azərbaycan rəssamlarının  əsərləri vardır. Bu əsərlər fond üçün ayrılmış xüsusi otaqda  mühafizə olunur.Bundan əlavə uşaq, yeniyetmə və gənclər tərəfindən çəkilmiş çoxlu sayda rəsm toplanmışdır. Bu əsərlər mənzərə , portret, plakat   və natürmort janrlarında olmaqla doğma yurdumuzun müstəqillik tarixini , füsnkar təbiət gözəlliklərini üzündə təcəssüm etdirir.

       Qalereya əməkdaşları  paytaxtımızda və Respublikanın müxtəlif bölgələrində keçirilən festivallarda çoxlu sayda maraqlı rəsm əsərləri və dekorativ tətbiqi sənət nümunələri ilə şəhərimizi uğurla təmsil edirlər.

Ünvan:
Məmmədəmin Rəsulzadə prospekti 12 (İcra hakimiyyətinin inzibati binasında yerləşir)
Telefon:

0212150126

E-mail:

ziyafet.huseynov55@mail.ru