Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Hacıqabul şəhər Uşaq Musiqi məktəbi

Şəhər Uşaq Musiqi məktəbi 1990-cı ildə 60 şagird,6 sinif otağı və 9 ixtisaslı müəllimlə fəaliyyətə başlamışdır.Məktəb 1948-ci ildə inşa edilmiş,hazırda istismar müddəti bitmiş binada fəaliyyət göstərir.

Hazırda məktəbdə 203 şagird olmaqla 45 əsas və 2 əvəzçi müəllim çalışır.İnzibati otaqlar və 1 konsert zalı olmaqla 21 sinif orağında dərslər tədris olunur.Bundan əlavə sinif otaqlarının çatışmazlığına görəAzərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə rayon Mədəniyyət Mərkəzindən 5 otaq vəŞəhər Folklor klubundan 3 otaq alınaraq tədris üçün müvəqqəti olaraq musiqi məktəbinə verilmişdir.Sinif otaqlarının çatışmazlığından qismən böyük otaqlarda DVP tikinti materialı ilə arakəsmələr edilmişdir.Sinif otaqlarının sahəsi 3 və 6 m 2 -dir.

Məlumat üçün bildirirəm ki,məktəbdə 1990-cı ildən hal-hazıra qədər əsaslı təmir işləri aparılmamışdır. Müxtəlif hallarda qismən cari təmir işləri görülmüşdür.Məktəbin binasının dam örtüyü tamamilə yararsız olduğundan yağış zamanı müxtəlif fəsadlar yaranır.Buna baxmayaraq məktəbdə tədris davam etməkdədir.