Rayon Mədəniyyət evi binası 1959-cu ildə istismara verilmişdir. Həmin vaxtdan dəmiryolçularn klubu kimi istifadə olunub. Uzun müddət baxımsızlıq ucbatından yarasız vəziyyətə düşmüdür. 2007-ci ildə dövlət başçısının Hacıqabul rayonuna səfəri zamanı Mədəniyyət evində yenidən təmir-bərpa işlərinin aparılmasına göstəriş vermişdir. Bina həmin ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib. 2008-ci ilin mayında binada təmir və yenidən qurma işlərinə başlanılmışdır. 2 mərtəbəli binada sinif, qonaq, inzibati və qrim otaqları var, 351 kvadrat metr akt zalında 323 oturacaq vardır. Bina qazanxana, havalandırma sistemi ilə təmin edilib. Səhnə müasir üslubda yenidən qurulub.
Girişdə ümumilli lider Heydər Əliyevin mədəniyyətə qayğı və diqqətinin əks etdirən foto stend nümayiş olunub. Binanın həyətində təqribən 150 kvadrat metr ərazidə yaşıllaşdırma işləri aparılıb. Agac, dekorativ güllər əkilib. 190 kvadrat metr əraziyə tamet döşənib.
1-ci mərtəbə 714, 2-ci mərtəbə 296 kvadrat metrdir. Burada bir çox dərnəklər fəaliyyət göstərir: bunların arasında xanəndəlik, rəqs, ailə-tibb bacısı, bərbər sənətinin sirlərinə yiyələnmək olar.
Rayon Mədəniyyət evində otaqların sayı 19 otaqdan ibarətdir. Otaqların ümumi sahəsi 1030 m2, tamaşaçı zalının ümumi sahəsi 512 m2 təşkil edir.
Qurunt sularının yığılması nəticəsində mədəniyyət evinin I mərtəbəsinin döşəməsi tam yararsız vəziyyətə düşmüşdür. 2012-ci ildə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarovun yaxından köməkliyi sayəsində, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rayon Mədəniyyət evində əsaslı təmir işləri aparılmışdır. Binanın tamaşa zalı, otaqları və foyesi, I mərtəbəsi əsaslı surətdə təmir edilərək alt döşəmələri tamamilə dəyişdirilmiş, eyni zamanda qurunt sularının qarşısını almaq üçün mədəniyyət evinin dörd bir tərəfində drenaj xəttləri çəkilmişdir.