Biləsuvar rayon Tarix-diyarşünaslıq muzeyi 9 may 2007-ci il tarixindən rayon əhalisinin xidmətinə verilmişdir.
Tarix-diyarşünaslıq muzeyi 3 geniş zaldan- 1 iş otağı, 1 direktor otağı, 1 fond otağından ibarətdir. Həyətində açıq səma altında muzey yaradılmış, yüzlərlə ağac və gül kolları əkilmişdir.
Muzey mövzu üzrə 13 bölmədən ibarətdi:
I. Açıq səma altında ekspozisiya (muzeyin qarşisinda).
II. Muzey haqqında informasiya - I Bölmə.
III. Biləsuvar rayonu haqqında informasiyalar - II Bölmə.
IV. Biləsuvarın təbiəti və tarixi abidələri - III Bölmə.
V. Biləsuvar qədim dövrdə - IV Bölmə.
VI. Biləsuvar tarixi orta əsrlərdə - V Bölmə.
VII. Biləsuvar tarixin yeni dövründə xanlıqlar - VI Bölmə.
VIII. İmperiya müstəmləkəçiliyi illəri - VII Bölmə.
IX. Kommunist rejimi - VIII Bölmə.
X. Azərbaycanın hərb tarixindən - IX Bölmə.
XI. Müstəqilliyə gedən yol - X Bölmə.
XII. H.Əliyev kursunun layiqli davamçısı - XI Bölmə.
XIII. Elm, mədəniyyət, təhsil, H.Əliyev fondu - XII Bölmə
Muzey fəaliyyətə başladığı gündən muzey işçilərinin səyi nəticəsində fonda daxil olan maddi və mənəvi mədəniyyət abidələrinin sayı 2280 ədədə çatdırılmışdır.
Bunlardan 8-i nəqqaşlıq, 2-si qrafika, 4-ü heykəltaraşlıq, 84-ü tətbiqi incəsənət məmulatı, 376-sı arxeoloji, 1090 -ı məişət və etnoqrofik, 309-u fotoşəkillər, 244-ü sənədlər, 163-ü sair əşyalar təşkil edir.
0252951136
tarixdiyarshunaslu0131qmuzeyi@mail.ru