26.02.2019
Neftçala rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar "Əsir Xocalım" adlı tədbir keçirildi. Neftçala rayon Dövlət Rəsm Qalereyası "Xocalı məktəbli rəssamların gözü ilə" adlı sərgi təşkil etdi. Sərgi Neftçala şəhər 1 saylı tam orta məktəb və Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya şagirdlərinin rəsmlərindən ibarət idi.
Tədbirdə dövlət adamları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti də iştirak edirdi. Muğan liseyinin və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin göstərdikləri kompozisiya hər kəsi həmin illərə qaytardı.