Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvar Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilmişdir

19.02.2019

 

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət İdarəsinin növbəti Şura iclası keçirilmişdir. İclasdan öncə Neftçala rayon Uşaq incəsənət məktəbi şagirdlərinin 2018-ci il ərzində əldə etdiyi diplom və digər mükafatlar sərgiləndi. Ardından Biləsuvar rayon Uşaq incəsənət məktəbi şagirdlərinin ifasında xor təqdim olundu.

İclası giriş sözü ilə açan İdarənin rəisi Elçin Hüseynov ölkə başçısının Sərəncamı ilə mədəniyyət müəssisələrində aparılan optimallaşma prosesi haqqında məlumat verdi.

Rəis müavini Rəfiqə Cəfərova “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə Strateji Fəaliyyət Planı”nın  icrası ilə bağlı qarşıda duran vəzifələr barədə çıxış etdi.

Növbəti məruzəçi, İdarənin məsləhətçisi T.Nəcəfov Salyan rayon Mədəniyyət Mərkəzinda aparılmış monitorinqin nəticələri haqqında məlumat verdi.

İclasın gedişində “Bölgələrdən-bölgələrə” Festivalına hazırlıq, qarşıdan gələn Xocalı soyqırımının növbəti ildönümünün və Novruz bayramının qeyd olunması və s. cari məsələlər müzakirə olundu. Rəhbərlik tərəfindən hər bir sahə üzrə konkret tapşırıqlar verildi.

İclasın sonunda İdarənin böyük mühasibi Q.Eyvazova 50 illik yubileyi münasibəti ilə və əmək fəaliyyətində fərqləndiyinə görə “Fəxri Fərman”, Sarvan kənd Folklor evinin müdiri, Əməkdar mədəniyyət işçisi C.Qaraşova isə səmərəli fəaliyyətinə görə İdarənin “Fəxri Diplomu” təqdim olundu.