08.02.2019
08.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Aşağı Qaramanlı kənd kitabxana filialı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı açıq havada sərgi təşkil etdi.
08.02.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi Muğan liseyinin X sinfində görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Türk dünyasının böyük ideoloqu” adlı informasiya günü keçirdi.
07.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Yenikənd kənd kitabxana filialında dahi Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Məndə sığar iki cahan" adlı sərgi təşkil olundu.
06.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ədəbi gecə keçirildi.
06.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Qardaşbəyli kənd kitabxana filialında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar “İnsanlara hürriyyət, millətlərə istiqlal” adlı informasiya günü keçirildi.
07.02.2019-cu il tarixdə Ş.Orucov adına Həsənabad qəsəbə tam orta məktəbin II sinif şagirdləri Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialının qonağı oldular. Şagirdlər kitab fondu, muzey guşəsi ilə yaxından tanış olub, “Kitab sənin ilk dostundur” başlıqlı sərgidəki maraqlı kitabları oxumaq üçün kitabxanaya üzv oldular.
08.02.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Neftçala şəhər N.Gəncəvi adına 3 saylı orta məktəbin ibtidai sinif şagirdləri arasında “Kitabsız bir ömrün nə mənası var?!” adlı növbəti səyyar xidmət təşkil etdi. Şagirdlər kitabxanaçıların gəlişinə hədsiz sevindilər. Həmçinin ibtidai sinif müəllimləri də kitabxanaçılara bu xidmət üçün öz dərin təşəkkürlərini bildirərək qeyd etdilər ki, kitabların şagirdlərin nitq qabiliyyətinin inkişafına müsbət təsiri vardır.
08.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialının kitabxanaçıları məktəbli oxucularla “Yanğın zamanı nə etməli?” adlı məsləhət saatı keçirdilər.
06.02.2019-cu il tarixdə Neftçala rayon MKS-nin Həsənabad qəsəbə kitabxana filialında bənzərsiz nasir, kiçik hekayələrin ustadı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə bağlı “Molla Nəsrəddin” adlı biblioqrafik xülasə və kitab sərgisi təşkil edildi.
08.02.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin "Nağıl otağı"nda “Dost yaman gündə tanınar” adlı növbəti nağıl saatı keçirildi.