31.10.2017
Neftçala Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filminin təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Ruhəngiz xanım Nəcəfova açaraq filmdə təbliğ olunan əsas ideyanı tamaşaçıların diqqətinə çatdırmışdır. Film tamaşaçı auditoriyası tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli danışaraq vətənpərvərlik ruhu təbliğ edən filmdə qaldırılan məsələlərə münasibətini bildirmişdir. Tamaşaçı heyəti əsasən şagirdlərdən ibarət olan zalda hamı bir nəfər kimi maraqla tədbiri sona qədər izləmişdir. Tamaşaçılardan Neftçala şəhər humanitar liseyinin müəllimi Elnur Hüseynov da sonda film haqqında öz ürək sözlərini bildirmişdir.