Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvar rayon Dövlət Rəsm Qalereyasının təmirdən sonra açılışı baş tutmuşdur

12.01.2019

Biləsuvar rayon Dövlət Rəsm Qalereyası fasilədən sonra sənətsevərlərlə ilk görüşünə çıxmışdır. Xatırladaq ki, ötən ilin oktyabr ayından başlayaraq Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə Qalereyada cari təmir işlərinə başlanmışdır və təmir iki ay davam etmişdir.

Açılış münasibətilə Qalereyada tədbir təşkil olunmuşdur. Tədbirdə Regional İdarənin əməkdaşları, mədəniyyət işçiləri və gənc sənətsevərlər iştirak etmişlər. Mərasimi Qalereyanın direktoru Rövşən Cənnətov giriş sözü ilə açmışdır. O, Regional İdarə rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkür etmişdir və bildirmişdir ki, Qalereya 2019-cu ildə də rayonun əsas mədəniyyət ocaqlarından biri olmaqda davam edəcəkdir.

Regional İdarənin rəis müavini Rəfiqə Cəfərova çıxışında gənc sənətsevərlərin tədbirə göstərdikləri diqqəti qeyd etdi. O, rayonun gənc istedadlarının əsərlərindən ibarət sərgilərin keçirilməsi üçün Regional İdarə və Qalereyanın birlikdə səylərini artıracağını vurğuladı.

Çıxışlardan sonra qonaqlar Qalereyada təşkil edilmiş sərgi ilə tanış oldular. Sərgidə Qalereyanın əsas fondundan 10-a yaxın rəsm əsəri və 6 gənc sənətçinin 100-ə yaxın əl işi nümayiş edilmişdir.

Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.