SOLTAN HACIBƏYOV – 100
İSMAYIL HACIBƏYOV – 70
PİANOÇULARIN RESPUBLİKA FESTİVALI
(layihənin müəllifi və bədii rəhbəri – professor Tərlan Seyidov)
BMA, 1 – 8 may 2019-cu il
Təsisçilər:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası
Ə S A S N A M Ə
Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş "Pianoçuların Respublika Festivalı" gənc musiqiçilər üçün keçirilir.
"GƏNC MUSİQİÇİLƏRİN RESPUBLİKA FESTİVALI"NIN MƏQSƏDLƏRİ
- Soltan və İsmayıl Hacıbəyovlar yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği.
- Müasir musiqi mədəniyyəti tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsi.
FESTİVALIN ƏSAS ŞƏRTLƏRİ
- Proqramın ifa reqlamenti 15 dəqiqəyə qədərdir.
- Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər "Pianoçuların Respublika
Festivalı"nın laureatı adına layiq görülür. Diplom alan şəxslərə "Pianoçuların Respublika Festivalı"nın diplomantı adı verilir.
- Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.
- Festival laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.
FESTİVALIN PROQRAMI
- Hər bir iştirakçı Soltan və İsmayıl Hacıbəyovların əsərlərini ifa etməlidir.
- İfa edilən əsərlərdən biri də akademik əsər (sərbəst seçim) olmalıdır.
SOLTAN HACIBƏYOVUN NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ (NOTLAR)
- S.Hacıbəyov. Prelüd. Fortepiano üçün (Azərbaycan bəstəkarlarının piano əsərlərinin antologiyası. I cild. Redaktor-tərtibçi Ülviyyə Hacıbəyova. Bakı, Elm və təhsil, 2012)
- S.Hacıbəyov. “Gülşən” baletindən seçilmiş parçalar. Fortepiano üçün köçürmə (Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1955) Qızların rəqsi
Gülşənin uşaqlar ilə rəqsi
Pambıq rəqsi
Aleksey ilə Maronun rəqsi
Adajio (2-ci pərdədən)
Vals (5-ci pərdədən)
Azad ilə Əhmədin variasiyası Kişilərin rəqsi
- S.Hacıbəyov. “Gülşən” baletindən seçilmiş parçalar. Fortepiano üçün köçürmə. II dəftər
(Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1955)
Kolxoz sədrinin rəqsi
Yaqutun variasiyaları
Adajio (5-ci pərdədən)
Vals (4-cü pərdədən)
Gülşənin variasiyaları
Yallı
- S.Hacıbəyov. “Gülşən” baletindən Adajio. Fortepiano üçün işləyəni – İsmayıl Hacıbəyov
(Azərbaycan bəstəkarlarının piano əsərlərinin antologiyası. I cild. Redaktor-tərtibçi Ülviyyə Hacıbəyova. Bakı, Elm və təhsil, 2012)
- S.Hacıbəyov. Simfonik orkestr üçün Uvertüra. İki fortepiano üçün köçürmə (Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı, 1961)
İSMAYIL HACIBƏYOVUN NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ (NOTLAR)
İ.Hacıbəyov. Fortepiano üçün seçilmiş əsərləri (Bakı, Oka Ofset, 2006)
- Albomdan səhifələr
Birinci səhifə
Oyun
Sübhçağı Etüd
Sübhçağı
Balaca dəcəl
Top-top
Marş Koda
- Üç idilliya
- Vatto ruhlu eskizlər
Sonata in “E”
Minuetto
Rondoletto
- Paqanini mövzusuna variasiyalar
FESTİVALIN YAŞ QRUPU
- qrup – 9 – 12 yaş
- qrup – 13 – 16 yaş
- qrup – 17 və yuxarı yaş
FESTİVALA TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
- İştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi (ifa olunan əsərlərin adı, yazıldığı dövr və səslənmə müddəti dəqiq göstərilməlidir), ünvan, telefon, e-mail.
- Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti.
- 3 x 4 ölçüdə 2 rəngli fotoşəkil.
- Yaradıcılıq xasiyyətnaməsi.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Festivalda iştirak etmək istəyənlər öz ərizələrini (bütün sənədlərlə birgə) Təşkilat Komitəsinin bu ünvanına təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası. Sənədlərlə ərizə 30 mart 2019-cu il tarixinədək göndərilməlidir.
Telefon: (+99412) 493-19-17, (+99412) 598-01-94.
E-mail: musicstudiobaku@hotmail.com