27.09.2017
27 sentyabr “Ümumdünya Turizm günü”dür. Bu gün Biləsuvar rayon Tarix- diyarşünaslıq muzeyində 27 sentyabr “Ümumdünya Turizm günü” ilə əlaqədar olaraq ”Açıq qapı” günü keçirilmişdir. Tədbirdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Rəfiqə xanım Cəfərova, məsləhətçi Emin Mustafayev və şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. Məktəbli gənclərimiz muzeydə yeni eksponatların sərgisinə tamaşa etmiş sonra dəyirmi masa arxasında onları maraqlandıran suallara cavab almışlar. Eyni zamanda məktəblilər muzey əməkdaşlarının hazırladıqları ”Azərbaycanımızın turizm məkanları” haqqında video - çarxa da baxmışlar. Tədbir axşam saatlarına qədər davam etmişdir.