05.12.2018
Ulu öndər Heydər Əliyevi anım günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. 4 dekabr 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzi və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon 2 saylı tam orta məktəbin akt zalında Ümummilli Lider Heydər Əliyevin 15-ci anım gününə həsr edilmiş “Ulu Öndər və müstəqil Azərbaycan gəncliyi” mövzunda anım tədbiri keçirilmişdir. İlk öncə Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Salyan rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Aynur Hüseynova çıxış edərək bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycan gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
2 saylı tam orta məktəbin şagirdləri şeir kompozisiyaları ilə çıxış etdilər. Tədbirin sonunda Azərbaycan Xalqının Ümummillli Lideri Heydər Əliyevin həyat yolunu özündə əks etdirən video çarx nümayiş etdirildi.