03.12.2018
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında" 30 iyul 2018-ci il tarixli, 365 nömrəli Sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə sənətkarın yaradıcılığı ilə bağlı məruzələr ediləcək, çıxışlar dinləniləcək, həmçinin videomaterialların və fotosərginin nümayişi nəzərdə tutulur. Yubiley gecəsində Mədəniyyət Nazirliyinin nümayəndələri, yerli mədəniyyət işçiləri və rayon ziyalıları iştirak edəcəklər.