02.10.2017
ABŞ Dövlət Departamentinin Qafqazla Əlaqələr və Regional Münaqişələr Şöbəsinin rəhbəri Alisia Allison və ABŞ səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Karolayn Səvic Salyan Mərkəzi Kitabxanasında yerləşən Salyan Amerika Guşəsini açıb və yerli icma üçün mərkəzin bir resurs kimi əhəmiyyətindən danışıb.Salyan İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də açılışda iştirak ediblər. ABŞ Səfirliyinin nümayəndələri kitabxananın dil təlimi və təhsil proqramlaşdırılması üçün nəzərdə tutulmuş guşəsinə yeni materiallar təqdim edib. K.Səvic həmçinin guşədə təqdim olunan proqramları və yerli məktəblilərin gələcək planlarını müzakirə etmək üçün onlarla görüşüb.