27.09.2017
27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd edilir. Aydındır ki, beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq münasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Turizm gününün başlıca məqsədi turizmin təbliği və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur. Bu münasibətilə 27 sentyabr 2017-ci il tarixdə Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində "Ümumdünya Turizm günü" ilə əlaqədar “Davamlı turizm inkişaf üçün alətdir” mövzusunda tədbir keçirilmişdir.