Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda ”Milli mətbuatımız - tarixin salnaməsi” adlı tədbir keçirilib

23.07.2026

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Salyan Tarix-Diyarşünaslıq Muzeyində "Milli mətbuatımız - tarixin salnaməsi" adlı tədbir və sərgi təşkil olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolundan, Həsən bəy Zərdabinin əsasını qoyduğu mətbuat ənənələrinin cəmiyyətimizin maariflənməsində, milli-mənəvi dəyərlərin qorunmasında və tarixi yaddaşın yaşadılmasında mühüm rolundan söz açıblar.

Tədbir çərçivəsində açılan sərgidə muzeyin fondunda qorunan qəzet və jurnal nümunələri, müxtəlif dövrlərə aid mətbu nəşrlər, fotoşəkillər və digər tarixi materiallar nümayiş etdirilib.