09.07.2026
İyulun 8-də Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə rəsm üzrə master-klas keçirilib.
Master-klas zamanı iştirakçılar rəsm çəkmə texnikaları ilə tanış olub, müəllimin rəhbərliyi ilə müxtəlif mövzularda rəsmlər hazırlayıblar.
Tədbirin keçirilməsində məqsəd uşaqların təsviri sənətə marağının artırılması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və estetik zövqünün formalaşdırılmasıdır.