Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvanda plener məşğələsi keçirilib

09.07.2026

İyulun 7-də Şirvan şəhər Mədəniyyət Mərkəzinin qarşısında plener məşğələsi təşkil olunub. Məşğələ mərkəzin tabeliyində fəaliyyət göstərən "Rənglər dünyası" həvəskar rəsm dərnəyi üzvlərinin iştirakı ilə keçirilib.

Plener zamanı dərnək üzvləri akril, sulu boya və digər təsviri sənət texnikaları vasitəsilə təbiət mənzərələrini kağız üzərində təsvir ediblər.

Məşğələnin keçirilməsində məqsəd iştirakçıların müşahidə qabiliyyətinin, rəng duyumunun və kompozisiya bacarıqlarının inkişafına şərait yaratmaqdır.