Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri təltif olunub

01.07.2026

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan və Hacıqabul şəhər uşaq musiqi məktəblərinin, eləcə də Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin fortepiano ixtisası üzrə təhsil alan bir sıra şagirdləri və onların müəllimləri beynəlxalq və yerli müsabiqələrdə əldə etdikləri uğurlara görə fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.

Belə ki, Şirvan şəhər Uşaq Musiqi Məktəbinin VI sinif şagirdləri Nuray Məmmədova və Zəhra Məmmədova, Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin V sinif şagirdi Fatimə Teymurova və Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin VII sinif şagirdi Vüsal Sultanlı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi tərəfindən təşəkkürnamələrlə təltif ediliblər. Onların müəllimləri Aygün Hüseynova, Gülnar Məmmədova, Arzu Əhmədova və Tükəzban Mehtiyeva fəxri fərmanlarla təltif olunublar.

Həmçinin Şirvan şəhər Uşaq Musiqi Məktəbinin tar müəllimi Daşqın Gülmalıyev və xor müəllimi Ruhəngiz Süleymanova mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.