Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda “Açıq səma altında sənət” adlı sərgi təşkil olunub

24.06.2026

 

İyunun 24-də Hacıqabul Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Parkında “Açıq səma altında sənət” adlı rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub.

Sərgidə rayon rəssamlarının müxtəlif mövzularda yaratdıqları əsərlər, həmçinin gənclərin hazırladıqları əl işləri nümayiş etdirilib. Açıq havada təşkil olunan sərgi iştirakçılar və sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.