22.06.2026
İyunun 21-də Azərbaycan Respublikasında elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Salyan Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya zamanı iştirakçılar İçərişəhər və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər.
Səfər çərçivəsində iştirakçılar Bakı şəhərində yerləşən tarixi-memarlıq abidələrini ziyarət edərək qədim şəhərsalma ənənələri, memarlıq nümunələri və milli-mədəni irsimiz barədə məlumat əldə ediblər. Tarixi tikililər, qədim yaşayış məskənləri və xalqımızın maddi-mədəni irsini əks etdirən eksponatlarla tanışlıq iştirakçılarda böyük maraq doğurub.
Ekskursiya iştirakçılarda tariximizə, memarlıq irsimizə və milli-mədəni dəyərlərimizə marağın artırılmasına xidmət edib.