Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan hüquqları: ümumi dəyərimiz” adlı sərgi açılıb

09.06.2026

Neftçala Dövlət Rəsm Qalereyasında "İnsan hüquqları: ümumi dəyərimiz" adlı sərgi təşkil edilib. İnsan hüquqları aylığı çərçivəsində açılan sərgidə rəssamlar Nigar Abdullayeva və Dadaş Dadaşovun XX əsr təsviri sənətinin müxtəlif cərəyanlarını əks etdirən əsərləri nümayiş olunur.

Ekspozisiyada XX əsrin əvvəllərində formalaşmış dadaizm, kubizm, sürrealizm, futurizm və ekspressionizm kimi sənət cərəyanlarının səciyyəvi xüsusiyyətlərini əks etdirən rəsm əsərləri yer alır. Təqdim olunan əsərlərdə ənənələrə etiraz, həndəsi formaların təsviri, şüuraltı düşüncələrin ifadəsi, gələcək və texnologiya mövzuları, eləcə də insanın daxili hiss və emosiyaları bədii şəkildə təqdim olunur.

Sərginin məqsədi incəsənət vasitəsilə insan hüquqları, bərabərlik, azad fikir və fərdi ifadə azadlığı kimi ümumbəşəri dəyərlərin təbliği, həmçinin bu sahədə ictimai maarifləndirməyə töhfə verməkdir.