03.06.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Uşaq Musiqi Məktəbinin bir qrup qabaqcıl müəllimi təltif olunub.
Məktəbin fortepiano müəllimləri Nigar Məlikzadə, Ülkər Cabbarlı və Günel Məmmədova, violin müəllimi Mahir Fərəcov, eləcə də nağara müəllimi Telman Nəsirov səmərəli pedaqoji fəaliyyətlərinə və tədris prosesinin yüksək səviyyədə təşkilinə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.