Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şagirdlərimiz “Motsart dühası – 270” Respublika müsabiqəsində uğur qazanıblar

21.05.2026

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə dahi bəstəkar Volfqanq Amadey Motsartın anadan olmasının 270 illiyinə həsr olunan “Motsart dühası – 270” Respublika müsabiqəsi keçirilib.

Müsabiqədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Uşaq Musiqi Məktəbi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdləri uğurla çıxış ediblər.

Müsabiqənin yekunlarına əsasən Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Vüsal Sultanlı laureat adına layiq görülüb. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Nilufər Məlikzadə, Nuray Məmmədova və Davud  Eyvazzadə diplomant adına layiq görülüblər. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri Zəhra Məmmədova və Həmzə Vəlizadə, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Fəxriyyə Novruzlu, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Jalə Buludzadə və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdi Cahad Qasımlı həvəsləndirici diplomla təltif olunublar.

Şagirdlərimizi və onların müəllimlərini təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.