Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvanda narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

21.05.2026

 

Mayın 20-də Şirvan Şəhər Polis Şöbəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər üzrə Təhsil sektoru və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzində təşkil olunan maarifləndirici görüşdə şəhər ümumtəhsil məktəblərinin şagirdləri, mədəniyyət müəssisələrinin əməkdaşları, idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatın və maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıblar. Bildirilib ki, gənc nəslin sağlam formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır.

Çıxışlarda həmçinin vurğulanıb ki, müasir dövrdə narkomaniya qlobal problemə çevrilib və onun qarşısının alınmasında maarifləndirmə işləri xüsusi əhəmiyyət kəsb edir. Gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərdən uzaq durulması və mütəmadi maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.