Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 45 illiyi qeyd olunub

18.05.2026

Mayın 18-də Salyan Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 45 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, mədəniyyət və təhsil işçiləri, eləcə də media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər muzeyin 45 illik tarixindən və fondundan danışıblar. Bildirilib ki, muzey rayonun qədim tarixinin, etnoqrafiyasının və maddi-mədəni nümunələrinin yaşadılmasında mühüm rol oynayır.

Tədbir çərçivəsində muzeyin fondlarında qorunub saxlanılan qədim arxeoloji tapıntılar, etnoqrafik nümunələr, qədim məişət əşyaları, xalçalar, sənədlər, fotoşəkillər, Salyanın zəngin tarixi-mədəni və memarlıq irsini əks etdirən eksponatlar həmçinin oymaçı Rauf İbrahimovun əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Tədbir Salyan rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında konsert proqramı davam edib.