13.05.2026
Mayın 13-də Salyan rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qədimdən müasirə: Heydər Əliyev ideyaları və Azərbaycan memarlığı” adlı rəsm və əl işləri sərgisi təşkil edilib.
Salyan Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və YAP Salyan rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilən sərgidə mədəniyyət, təhsil və səhiyyə sahələrinin əməkdaşları, hərbi hissə nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Nümayiş olunan rəsm əsərləri və əl işlərində Azərbaycanın qədim memarlıq ənənələri, milli-mədəni irsi və müasir şəhərsalma nümunələri əks olunub.
Sonda sərginin fəal iştirakçıları diplom və təşəkkürnamələrlə təltif olunublar.