23.04.2026
Aprelin 23-də Şirvan şəhər Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunan “Sözün işığı – Səməd Vurğun” adlı tədbir keçirilib.
Şirvan şəhər Səməd Vurğun adına parkda təşkil olunan tədbirdə ziyalılar, müəllimlər, yerli yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şairin yaradıcılığında vətən sevgisini və yüksək mənəvi dəyərləri tərənnüm edən böyük söz ustadı olduğunu vurğulayıblar. Bildirilib ki, şairin zəngin ədəbi irsi bu gün də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Tədbirdə şairin məşhur şeirləri səsləndirilib, “Vaqif” dramından səhnəcik və milli rəqs nömrələri nümayiş olunub.