Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Erkən evliliyə yox deyək!” – Şirvanda maarifləndirici tədbir keçirilib

24.04.2026

Aprelin 23-də Şirvan şəhər Mədəniyyət Mərkəzi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci PHŞ və “Güvən” psixologiya mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən evliliyə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir müvafiq qurumların rəhbər şəxsləri, mütəxəssislər və gənclərin iştirakı ilə baş tutub.

Təlimçi-psixoloq Ceyran Qədirovanın təqdimatı ilə keçirilən görüşdə erkən yaşda qurulan nikahların fərdin psixologiyasına, fiziki sağlamlığına və sosial həyatına vurduğu ciddi zərərlər gənclərin diqqətinə çatdırılıb. İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara öz hüquqlarını qorumaq istiqamətində vacib tövsiyələr verilib. Qeyd olunub ki, bu cür maarifləndirici təşəbbüslər cəmiyyətdə erkən nikahlarla bağlı fərqindəliyin artırılmasına və sağlam düşüncəli gələcəyin formalaşdırılmasına xidmət edir.