08.03.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Şirvan şəhər Uşaq Musiqi Məktəbində, Dövlət Rəsm Qalereyasında və Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən sərgi, konsert və tədbirlərdə çıxış edənlər Azərbaycan qadınının cəmiyyət həyatındakı mühüm rolundan, dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edərək onların ölkənin inkişafına verdiyi töhfələri vurğulayıblar.
Bayram münasibətilə təşkil olunan konsert proqramında məktəbin müəllim və şagirdləri tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.