Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Uşaq Musiqi Məktəbində ustad dərsi təşkil olunub.

21.01.2026

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma və opera hazırlığı kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, Prezident təqaüdçüsü İlham Nəzərov tərəfindən keçirilən ustad dərsində vokal sənəti haqqında geniş məlumat verilib, Azərbaycan vokal məktəbinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarların yaradıcılığından bəhs edilib. İlham Nəzərov çıxışında düzgün səs qoyuluşu, nəfəs texnikası və səhnə mədəniyyətinin vacibliyini xüsusi vurğulayıb.

Sonra məktəbin fortepiano və xanəndəlik siniflərində təhsil alan şagirdlər dinlənilib, onlara tövsiyələr və ifaçılıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məsləhətlər verilib.