Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda ”Qadınların cəmiyyətə inteqrasiyasında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib.

05.05.2025

Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayon İcra Hakimiyyətinin və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Konstitusiya və suverenlik İli" çərçivəsində "Qadınların cəmiyyətə inteqrasiyasında Heydər Əliyevin rolu" adlı tədbir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Konstitusiya və suverenlik"ili nə həsr olunmuş "Qadınların cəmiyyətə inteqrasiyasında Heydər Əliyevin rolu" adlı videoçarx nümayiş etdirilib. Tədbirdə təhsil, səhiyyə ,mədəniyyət və digər sahələrdə çalışan xanımlar iştirak ediblər.Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi.Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolunun böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Tədbirin sonunda mərkəzə ekuskursiya edilərək, sərgiyə baxış keçirilib.