12.11.2025
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr — Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə Hacıqabul Tarix Diyarşünaslıq Muzeyində MKS-nin Hacıqabul 3 saylı, 4 saylı kitabxana filialları və Uşaq söbəsi ilə birgə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Himninin səslənməsi ilə başlayıb. Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, insan hüquq və azadlıqlarının təminində Konstitusiyanın mühüm rolundan danışıblar.
Çıxışlardan sonra "İlk Milli Konstitusiyamız və Suverenliyimiz" sənədli filmi izlənilib.
Sənədli film Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinin bərpasına həsr olunub.