11.06.2025
Salyan rayon Mədəniyyət Mərkəzi və Yenikənd kənd Folklor evinin təşkilatçılığı, Salman Cəfərov adına Yenikənd tam orta məktəbin tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində şəhid Salman Cəfərovun anım gününə həsr olunan "Şəhidlik zirvəsi" adlı tədbir keçirilib.
Tədbirdə müharibə iştirakçıları, mədəniyyət və təhsil işçiləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edib.
İlk olaraq Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Çıxıs edənlər şəhid Salman Cəfərovun qəhrəmanlığından söz açıb, onun keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Tədbirdə bədii qiraətçilər və məktəblilər vətənə həsr olunan şerlər söyləyib, solistlər vətənpərvərlik mahniları ifa ediblər.