Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda ”Konstitusiya və Suverenlik İli” çərçivəsində ”Nəsillər arasında ünsiyyəti necə qurmalı” adlı maarifləndirici tədbir keçirilib.

11.04.2025

Salyan Rayon İcra Hakimiyyəti və Salyan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Nəsillər arasında ünsiyyəti necə qurmalı" adlı maarifləndirici tədbir keçirilib.

Tədbir "Uşaq Səfirlər Məclisi"nin Salyan rayonu üzrə nümayəndələri, Rayon Peşə liseyinin tələbələri və ümumtəhsil məktəblilərinin şagird və pedaqoji kollektivləri, ziyalılar və yaşlı nəslin nümayəndələrinin iştirakı ilə keçirilib.

Əvvəl Azərbaycan torpaqları uğrunda qəhrəmancasına döyüşən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra videoçarxa baxış keçirilib.Tədbir gənclər və ahılların diskusiyası ilə davam edib.