01.05.2025
1 may 2025-ci il tarixində "Heydər Əliyev İrsi ilə güclü gələcəyə" adlı layihəsi çərçivəsində Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin tələbələri Salyan rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar mərkəzdə olublar.
"Heydər Əliyev həyat məktəbi,ideaları onun yaratdığı mənəvi dəyərlər tarixi bir reallıqdır" adlı mühazirə oxunub.Mühazirədə Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri barədə danışıb. Daha sonra kitab sərgisində müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolunu, ictimai-siyasi fəaliyyətini özündə əks etdirən kitablar nümayiş olunub, muzey ekskursiya olunub.