Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda bədii qiraət müsabiqəsi keçirilib.

04.06.2025

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş “Vətən uğrunda ölənlər ölümündən doğular” adlı bədii qiraət müsabiqəsi keçirilib.

Müsabiqədə rayonun şəhər və kənd məktəblərindən 28 şagird iştirak edib. Şagirdlər xalq şairinin vətənpərvər ruhda yazılmış şeirlərini böyük həvəslə səsləndiriblər.

Nəticələrə əsasən : I yer – Zəhra Süleymanova (2 saylı tam orta məktəb)

II yer – Vaqif Şirinov (5 saylı tam orta məktəb)

III yer – Əminə Hüseynova (Qubalı-Baloğlan kənd tam orta məktəbi) layiq görülüb.

Qaliblər diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıları və müəllimlər bu cür yarışların şagirdlərin vətənə sevgi və poeziyaya maraq ruhunda yetişməsinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.