Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda ”Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

19.05.2025

Hacıqabul Tarix Diyarşünaslıq Muzeyində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Mədəni irsimizi və abidələrimizi qoruyaq" adlı tədbir keçirilib.

Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix Memarlıq Qoruğunun əməkdaşlarının iştirakı ilə keçən tədbirdə dövlətin əsas qanunu Konstitusiyamız, müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferasında köklü dəyişikliklərin önundə ehtiva edən mükəmməl sənəd olduğu haqda məlumat verilib.

Muzeyin eksponatları sırasından Pir Hüseyn Xanəgahında 1959-cu ildə aparılmış təmir zamanı çəkilmiş fotolardan ibarət slayd təqdim olunub. Slayd qonaqlar tərəfindən maraqla izlənilib.

.