Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda ”Konstitusiyamızın Zəmanətçisi: Heydər Əliyev Fenomeni” adlı mühazirə oxunub.

15.05.2025

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən Heydər Əliyevin siyasi irsinin təbliği məqsədilə növbəti mühazirə və səyyar sərgi keçirilib.

15.05.2025-ci il tarixində 9 nömrəli tam orta məktəbdə "Konstitusiya və Suverenlik ili" çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən "Konstitusiyamızın Zəmanətçisi: Heydər Əliyev Fenomeni" adlı mühazirə oxunub.

Çıxış edənlər qeyd ediblər ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir.

Məktəbliləri maraqlandıran suallar cavablandırıldıqdan sonra, Mərkəzdə açılacaq kurs və dərnəklər, Mərkəzin və MKS-nin 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə açılmış səyyar sərgidə olan kitablar və jurnallar barədə məlumat verilib.