Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyanda ”Heydər Əliyev irsi və Suveren Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

12.03.2025

Salyan Rayon Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverlik İli" çərçivəsində "Heydər Əliyev irsi və Suveren Azərbaycan gəncliyi" adlı tədbir keçirilib.

Tədbir Salyan Rayon Heydər Əliyev Mərkəzi və Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Çıxışlarda vurğulanıb ki, gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider hər zaman gənclərimizə böyük ümidlər bəsləyib. Qeyd edilib ki, Azərbaycanın parlaq gələcəyi müasir düşüncəli gənclərin əlindədir. Dövlətin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyub.

Tədbirdə həmçinin Salyan Rayon Heydər Əliyev Mərkəzi və Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi arasında "Əməkdaşlıq müqaviləsi" imzalanıb. Sonda Peşə Liseyinin müəllim və tələbə heyəti mərkəzi ekskursiya ediblər.