26.09.2025
27 Sentyabr – Anım Günü ilə əlaqədar Şirvan şəhəri, Hacıqabul və Salyan rayonlarında silsilə anım tədbirləri təşkil olunub. Tədbirlər Şirvan şəhər Mərkəzi Kitabxanası və Uşaq Musiqi Məktəbində, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyində, eləcə də Salyan rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxanasında baş tutub. Tədbirlərdə ilk olaraq Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Anım Gününün respublika səviyyəsində qeyd olunmasının şəhidlərimizə göstərilən yüksək ehtiramın bariz nümunəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində xalqımızın birliyi, ordumuzun gücü və rəşadəti sayəsində tarixi Zəfər qazanılıb. Bu şanlı qələbənin təməlində prezident İlham Əliyevin cəsarəti, şəhidlərimizin qanı, canı, misilsiz fədakarlığı dayanır.
Tədbirlər çərçivəsində şəhid məzarları ziyarət edilib, vətənpərvərlik mövzusunda videoçarxlar nümayiş olunub, şagirdlərin ifasında bədii kompozisiyalar təqdim edilib.