Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 Sentyabr – Anım Gününün 5-ci ildönümü mədəniyyət müəssisələrində

25.09.2025

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət ocaqlarında 27 Sentyabr - Anım Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Şirvan şəhər və Hacıqabul rayon Heydər Əliyev Mərkəzləri, Salyan Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası, həmçinin Neftçala rayon Mərkəzi Kitabxanasında təşkil olunan tədbirlərdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, məktəblilər və gənclər iştirak edib. Tədbirlər şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb. Təqdim olunan sərgilərdə isə gənc rəssamların vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.